• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Fənərbaxça" Taliska ilə müqavilə imzaladı

İDMAN

28 Yanvar 2025 | 22:42 | Müəllif: Subhan Mahmudov

"Fənərbaxça" Taliska ilə müqavilə imzaladı

"Fənərbaxça" "Əl-Nəsr"dən transfer olunan Anderson Taliska ilə müqavilə imzalayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 1,5 ildir. 

Qeyd edək ki, Anderson Taliska 2021-ci ilin yayından "Əl-Nəsr"də çıxış edib. Braziliyalı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 8 qol vurub. O, daha əvvəl Türkiyə "Beşiktaş"ında çıxış edib. Taliska 2016-2018-ci illərdə İstanbul klubunda 55 oyuna çıxıb və 27 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026