• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Fənərbağça” 1/4 finala YÜKSƏLDİ

İDMAN

27 Fevral 2025 | 19:30 | Müəllif: Subhan Mahmudov

“Fənərbağça” 1/4 finala YÜKSƏLDİ

Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində növbəti oyunlar keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, B qrupunda yer alan “Fənərbağça” III turda səfərdə “Qaziantep”i 4:1 hesabı ilə məğlub edib. İstanbul nəhənginin heyətində qolları Anderson Taliska (2), Yussuf En-Nesiri və Filip Kostiç vurublar. Meydan sahiblərindən isə Anel Husiç fərqlənib.

Bu nəticə ilə xallarını 9-a çatdıran “Fənərbağça” qrup lideri kimi 1/4 finala yüksəlib. Səfərdə “Kasımpaşa”ya 5 cavabsız qolla qalib gələn “Göztəpə” (9 xal) isə bu qrupdan pley-offa adlayan ikinci komanda olub.

Türkiyə Kubokunda qrup mərhələsinə bu gün C qrupunda oynanılacaq 2 matçla yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026