• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Çelsi" Uilyams üçün danışıqlara başladı

İDMAN

29 Mart 2025 | 10:47

"Çelsi" Uilyams üçün danışıqlara başladı

İngiltərənin "Çelsi" klubu İspaniya millisinin və "Atletik"in futbolçusu Niko Uilyamsın transferi üçün danışıqlara başlayıb.

Bakıvaxtı.az "TEAMtalk"a istinadən xəbər verir ki, La Liqa təmsilçisi Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 22 yaşlı oyunçunun "zadəganlar"a keçmək ehtimalı yüksəkdir.

Forvardın müqaviləsindəki bəndə əsasən, onun sözləşməsinə 58 milyon avro qarşılığında vaxtdan əvvəl xitam verilə bilər.

Qeyd edək ki, Niko Uilyams cari mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Atletik"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026