• Bakı 12° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycan Premyer Liqasında azarkeş REKORDU

İDMAN

29 Mart 2025 | 11:46

Azərbaycan Premyer Liqasında azarkeş REKORDU

Misli Premyer Liqasının XXVIII turunun açılış matçını, “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.

2022/2023 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.

Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib.


SON XƏBƏRLƏR