• Bakı 12° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Turan Tovuz" 100-ə ÇATDI

İDMAN

29 Mart 2025 | 11:16

Turan Tovuz 100-ə ÇATDI

Misli Premyer Liqasının XXVIII turu “Turan Tovuz” üçün əlamətdar olub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qərb təmsilçisi turnirdə 100-cü matçına çıxıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz klubu yubiley oyununda “Qarabağ”a 1:4 hesabı ilə uduzub. Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub. Bu görüşlərdə 124 dəfə fərqlənən tovuzlular 135 qol buraxıb.

Tovuzdakı matç həm də meydan sahiblərinin 50-ci ev oyunu olub. 18 qələbə və 12 heç-heçəsi olan komanda 20-ci məğlubiyyətini alıb. 67 qol vuran “Turan Tovuz” 70 top buraxıb.

Qeyd edək ki, Premyer Liqada 2022/2023 mövsümündə debüt edən Tovuz təmsilçisi ilk matçını 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirib – 0:2.


SON XƏBƏRLƏR