• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Braziliya millisi baş məşqçisini istefaya göndərdi

İDMAN

29 Mart 2025 | 11:35

Braziliya millisi baş məşqçisini istefaya göndərdi

Dorival Junior Braziliya millisi komandasının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

Bildirilib ki, D. Junior artıq Braziliya yığmasını idarə etməyəcək.

Komandanın rəhbərliyi mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Artıq yeni baş məşqçi axtarışına da başlanılıb.

Qeyd edək ki, bu ay keçirilən yoldaşlıq oyunlarında Braziliya Kolumbiyanı 2:1 hesabı ilə məğlub etsə də, Argentinaya 1:4 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026