• Bakı 12° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Braziliya millisinin baş məşqçi postuna üç əsas namizəd - ADLAR

İDMAN

29 Mart 2025 | 12:58

Braziliya millisinin baş məşqçi postuna üç əsas namizəd - ADLAR

Braziliya Futbol Konfederasiyası (CBF) milli komandaya əcnəbi baş məşqçi təyin etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli UOL nəşri məlumat yayıb.

Dorival Juniorun istefaya göndərilməsindən sonra CBF üç əsas namizədi nəzərdən keçirir. Bunlar Karlo Ançelotti ("Real", Madrid), Xosep Qvardiola ("Mançester Siti") və Jorji Jezuşdur ("Əl-Hilal").

İddiaya görə, qurumun prezidenti Ednaldo Rodriqes Ançelottinin namizədliyinə üstünlük verir.

Qeyd edək ki, Braziliya yığması son olaraq DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesabı ilə uduzub.


SON XƏBƏRLƏR

31 Mart 2025