• Bakı 17° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Çelsi" Kundeni transfer etməyə hazırlaşır

İDMAN

29 Mart 2025 | 13:47

Çelsi Kundeni transfer etməyə hazırlaşır

İngiltərənin "Çelsi" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Jül Kundeni yayda heyətinə qatmağa hazırlaşır. 

Bakıvaxtı.az "Football Espana" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi danışıqlarda müsbət nəticə əldə etmək üçün hər cür səy göstərməyə çalışacaq. 

Kataloniya təmsilçisi isə fransalı oyunçunun müqaviləsinin müddətini uzatmaq niyyətindədir. "Çelsi" 2022-ci ildə Tomas Tuxelin baş məşqçi olduğu dönəmdə də Kundeni transfer etmək istəyib. 

Qeyd edək kİ, 26 yaşlı oyunçunun hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir


SON XƏBƏRLƏR

31 Mart 2025