• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Türkiyənin Suriyaya ixracı 35,5 faiz artıb

İQTİSADİYYAT

28 Yanvar 2025 | 16:14

Türkiyənin Suriyaya ixracı 35,5 faiz artıb

Bu ilin ilk 25 günündə Türkiyənin Suriyaya ixracatı 35,5 faiz artaraq 219 milyon dollara çatıb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə ticarət naziri Ömər Bolat açıqlama verib.

Onun sözlərinə görə, Əsəd rejimi devriləndən sonra yeni rəhbərlik Türkiyə ilə sıx əməkdaşlıq edir. Bu baxımdan qarşıdakı dövrdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya və yenidənqurma işlərində böyük sürətlənmənin olacağı gözlənilir:

"2007-ci ildə Türkiyə-Suriya Azad Ticarət Müqaviləsi imzalanmışdı. Vətəndaş müharibəsi başlayanda bu razılaşma qarşılıqlı şəkildə dayandırıldı. Biz bu razılaşmanın yenidən qüvvəyə minməsini və lazımi məhsullar üzərində işləmək üçün təklif verdik. 1-25 yanvar 2024-cü il tarixlərində yalnız Suriyanın şimalına 161 milyon dollar ixrac etdiyimiz halda, bu ilin ilk 25 günündə ixracımız 35,5 faiz artaraq 219 milyon dollara çatıb. Bu baxımdan "Suriya gömrük rüsumlarını artırıb, Türkiyədən mal almır" kimi ittihamlar tamamilə şər, məqsədyönlü və əsassızdır. 

Gömrük rüsumları ilə bağlı 11 yanvar qərarlarının qəbulundan sonra bu tarixdən 25 yanvara qədər olan 14 gün ərzində ixracımız 130 milyon dollara çatıb. 2024-cü ilin eyni dövründə bu rəqəm cəmi 98 milyon dollar olub. Suriya gömrüyü vahid rejimə çevrildikdən sonra ixracımız 33 faiz artıb".

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Yanvar 2025