• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Zelenskinin Azərbaycan qazı ilə bağlı bəyanatı Fitsonu özündən çıxardı

DÜNYA

29 Yanvar 2025 | 01:00

Zelenskinin Azərbaycan qazı ilə bağlı bəyanatı Fitsonu özündən çıxardı

Slovakiyanın baş naziri Robert Fitso Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı uzaq müzakirəni davam etdirərək, prezident Volodimir Zelenskini Slovakiyanın “düşməni” adlandırıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Fitso Slovakiya parlamentinin iqtisadi məsələlər üzrə komitəsinin iclasında Zelenskinin Azərbaycandan qazın Avropa ölkələrinə mümkün tranziti barədə son bəyanatına münasibət bildirib.

"Bizim düşmənimiz Zelenskidir. Zelenski üzləşdiyimiz problemlərin mənbəyinə çevrilib. Mən ona simpatiya bəsləmirəm, çünki o, Slovakiyaya zərər verir", - Slovakiyanın baş naziri qeyd edib.

O bildirib ki, Bratislava yeganə “ən real” variantı Rusiya qazının tranzitinin bərpasını hesab edir: "Bu qaz Slovakiya qazı kimi Ukrayna ərazisindən keçəcək".

Xatırladaq ki, Ukrayna Azərbaycan qazının Avropaya çatdırılmasına razılıq verib. Ukrayna prezidenti İsveçrədə Davos Forumunda çərçivəsində Azərbaycan lideri İlham Əliyevlə müzakirələr apardığını və Azərbaycanla tərəfdaşlıq imkanları barədə razılığa gəldiyini bildirib. 

Zelenski vurğulayıb ki, Azərbaycanda çox əhəmiyyətli cari hasilat var və azərbaycanlılar 40 milyard kubmetrin yalnız 14-15 milyard kubmetrini istehlak edir: "Belə ki, ölkənin ixrac gücü 25 milyard kubmetrdir. Biz Ukrayna vasitəsilə ixrac imkanlarını müzakirə etdik. Ehtiyac olarsa, Bakı digər Şərqi Avropa ölkələrinə bizim infrastrukturumuzdan istifadə etməklə qaz nəql edə bilər".


SON XƏBƏRLƏR

29 Yanvar 2025