• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kliçkodan Zelenskiyə: Ətrafınız siyasi intriqa ilə məşğuldur!

DÜNYA

29 Yanvar 2025 | 18:19 | Müəllif: Subhan Mahmudov

Kliçkodan Zelenskiyə: Ətrafınız siyasi intriqa ilə məşğuldur!

Zelenskinin ətrafı şəhərdə güc balansını pozmağa və yerli özünüidarəni məhv etməyə çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciəti zamanı deyib.

"Ətrafınızdakı insanlar siyasi intriqa ilə məşğuldur. Və bu proseslər kritik xarakter alır", - mer bildirib.

Onun sözlərinə görə, Kiyev şəhər Hərbi Administrasiyasının yeni rəhbəri Timur Tkaçenko infrastrukturun bərpasına mane olur, eyni zamanda merin səlahiyyətlərini öz üzərinə götürməyə çalışır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026