• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Məsciddə partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB

DÜNYA

28 Fevral 2025 | 16:45

Məsciddə partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.

Məlumata görə, yaralanlardan 20-si xəstəxanalara çatdırılıb.

“Reuters” agentliyinin məlumatına görə, azı 6 nəfər həlak olub. Partlayışdan dərhal sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, partlayış kamikadze tərəfindən törədilib.

***

15:01

Pakistanda məsciddə partlayış baş verib.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Pakistanın Hayber Paxtunxva əyalətində məsciddə cümə namazı zamanı baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.

İlkin araşdırmaya görə, hücumun kamikadze tərəfindən həyata keçirildiyi və qrupların araşdırmalarının davam etdiyi bildirilib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

28 Fevral 2025