• Bakı 15° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Tramp Finlandiyadan buzqıranlar ALMAQ İSTƏYİR

DÜNYA

30 Mart 2025 | 16:42

Tramp Finlandiyadan buzqıranlar ALMAQ İSTƏYİR

ABŞ Prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksander Stubb ilə buzqıran gəmilərin alınması məsələsini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Prezident Stubb və mən Birləşmiş Ştatlar və Finlandiya arasında tərəfdaşlığı gücləndirməyi planlaşdırırıq ki, bu da ABŞ-yə son dərəcə lazım olan çoxlu sayda buzqıranların alınması və hazırlanmasını əhatə edir”, – o yazıb.

Tramp qeyd edib ki, müzakirələr Floridanın Palm-Biç şəhərindəki “Trump International Golf Club”da fin lideri ilə qolf oyunu zamanı baş tutub.


SON XƏBƏRLƏR