• Bakı 10° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Aİ məhkəməsi Maltanın qızıl pasport sxemini qanunsuz hesab edir

DÜNYA

29 Aprel 2025 | 16:06

Aİ məhkəməsi Maltanın qızıl pasport sxemini qanunsuz hesab edir

Avropa Ədalət Məhkəməsi Maltada “qızıl pasport”ların verilməsini qanunsuz hesab edərək, ölkəyə bunu dayandırmağı əmr edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

“Avropa İttifaqına üzv dövlət əvvəlcədən razılaşdırılmış ödənişlər və ya investisiyalar müqabilində öz vətəndaşlığını verə bilməz, çünki bu, vətəndaşlığın əldə edilməsini sadə kommersiya əməliyyatına çevirmək deməkdir”, - məhkəmə qərar verib.

Aİ məhkəməsinin qərarı Maltanı vətəndaşlıqdan sərmayəyə keçmə sxemindən imtina etməyə məcbur edib. Əks halda cərimələr gözləyir.

Malta hökuməti qanunvericiliyin məhkəmə qərarında göstərilən prinsiplərə uyğun olmasını təmin etmək üçün qərarın hüquqi nəticələrini öyrəndiyini bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR