• Bakı 10° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Putindən miqrantlarla bağlı yeni SƏRƏNCAM

DÜNYA

29 Aprel 2025 | 16:10

Putindən miqrantlarla bağlı yeni SƏRƏNCAM

Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddət 133 gün uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.

Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı sərəncama əsasən, miqrantlara hüquqi statuslarını nizama salmaq üçün aprelin 30-dək vaxt verilib.

Göstərilən müddətdə statuslarını nizamlamayan miqrantlar mayın 1-dən Rusiya ərazisindən deportasiya edilməli idi.


SON XƏBƏRLƏR