• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Macarıstan BCM-dən çıxır - layihə təsdiqlədi

DÜNYA

29 Aprel 2025 | 15:38

Macarıstan BCM-dən çıxır - layihə təsdiqlədi

Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması haqqında qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, qanunvericilik orqanının saytında yayımlanan səsvermə zamanı müvafiq sənədi deputatların üçdə ikisindən çoxu dəstəkləyib.

Sənədi parlamentdə təqdim edən Macarıstan XİN başçısı Peter Siyarto bildirib ki, son illərdə BCM güclü şəkildə siyasiləşdirilib və müxtəlif dövlətlər tərəfindən beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün istifadə olunmağa başlayıb.

"Macarıstan hesab edir ki, siyasət və geosiyasətin beynəlxalq təşkilatlarda yeri yoxdur", - nazir deyib.


SON XƏBƏRLƏR