Qəzzada ölənlərin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində xəstəxanalarda 67 nəfərin öldüyü, 184 nəfərin yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 54 min 249 nəfərə, yaralı sayının isə 123 min 492 nəfərə yüksəldiyi bildirilib.
Nuriyyə Musayeva