“Real”ın prezidenti Florentino Peres ötən mövsüm oyunçulara ümumilikdə 40 milyon avro bonus ödəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
“Kral klubu”nun futbolçuları son Çempionlar Liqasının finalında qalib gəldikləri üçün hər biri 900 min avro mükafat alıblar. Həmin oyunda “Real” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlmişdi.
Madrid təmsilçisinin futbolçuları yayda keçiriləcək klublararası dünya çempionatının qalibi olacaqları halda hərəyə 650 min avro bonus qazana bilərlər.