• Bakı 15° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

54 yaşlı polkovnik oğlu ilə eyni universitetdə oxuyur

DÜNYA

30 Mart 2025 | 15:50

54 yaşlı polkovnik oğlu ilə eyni universitetdə oxuyur

Türkiyənin Kayseri şəhərində təqaüddə olan polkovnik, 54 yaşlı Hüseyn Özen 27 ildən sonra yenidən universitetdə oxumağa qərar verib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ata və oğul hazırda birlikdə universitet həyatı yaşayır.

Özen Erciyez Universitetinin Maşınqayırma fakültəsinə qəbul olan oğluna mənəvi dəstək vermək üçün 1 il sonra ​​qəbul imtahanında iştirak edib və həmin ali təhsil ocağına qəbul olunub.

O, 1994-cü ildə Hacettepe Universitetini bitirib, sonra Səlcuq Universitetində magistr dərəcəsi alıb. Oğlu ilə eyni universitetdə oxumaqdan qürur duyduğunu deyən Hüseyn Özen 3 ildən sonra fakültəni bitirməyi hədəfləyir.

Hüseyn Özen qeyd edib ki, təhsil almaq heç vaxt gec deyil: “Öyrənmənin yaşı yoxdur. Bəzi şeyləri də burada öyrənim. İlk dəfə gələndə fərqli reaksiyaların şahidi oldum. Mənim burada olmağım həm özümün, tələbələrin təhsil həyatına, həm də müəllimlərin işinə rəngarənglik qatdı. Çünki mənim təcrübəm var”.

Onun sözlərinə görə, təhsildə hər hansı çətinliyi yoxdur.


SON XƏBƏRLƏR