Rusiya ABŞ-yə iki ölkə arasında birbaşa hava nəqliyyatının bərpa edilməsini nəzərdən keçirməyi təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dünən İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında baş tutan danışıqlarla bağlı Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, Moskva və Vaşinqton ekspertlər səviyyəsində dialoqu davam etdirmək barədə razılığa gəlib.
Xatırladaq ki, fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında 6 saatdan çox müddət ərzində danışıqlar keçirilib. Bundan əvvəl isə iki ölkə fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksəksəviyyəli danışıqlar aparmışdı.