• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Rəsmi Tehran uran ehtiyatını artırmağa davam edir

DÜNYA

28 Fevral 2025 | 16:30

Rəsmi Tehran uran ehtiyatını artırmağa davam edir

İstanbulda Türkiyə və Afrika ölkələrinin iştirakı ilə Media Forumu keçirilib.

Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, tədbir Türkiyə və Afrika arasında media əməkdaşlığını gücləndirmək, ortaq maraqları inkişaf etdirmək və informasiya mübadiləsi yolu ilə problemlərə həll tapmaq məqsədi daşıyır.

Forumun açılışında Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, Liviyanın Milli Birlik Hökumətinin Kommunikasiya, Siyasi İşlər naziri Valid Ammar Ellafi və Afrika Yayım Birliyinin baş direktoru Grégoire Ndjaka çıxış ediblər.

Ellafi Qərb mediasının Afrika həqiqətlərini tam əks etdirmədiyini, miqrasiya məsələsinin isə yalnız mənfi aspektləri ilə işıqlandırıldığını bildirib. O, medianın beynəlxalq siyasətdə əhəmiyyətini vurğulayaraq, reallıqların düzgün təqdim edilməsinin vacibliyini qeyd edib.

Ndjaka TRT ilə əməkdaşlıq razılaşmasının imzalandığını, bu cür təşəbbüslərin artırılacağını və növbəti forumun Afrikada keçirilə biləcəyini bildirib.

Forum çərçivəsində “Türkiyə-Afrika media münasibətləri”, “Strateji kommunikasiya və ictimai diplomatiya” və “Dezinformasiyaya qarşı mübarizə” mövzularında panel müzakirələri aparılır.

Tədbirdə media, yayım və akademiya sahəsində aparıcı şəxslər və dövlət nümayəndələri iştirak edirlər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Fevral 2025