• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilib

CƏMİYYƏT

29 Yanvar 2025 | 16:11 | Müəllif: Gülşən Şərif

Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilib

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilən məhkumlar və həbs edilən şəxslər, həmçinin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular səs veriblər.

Bu barədə Bakues.az-a Ədliyyi Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub:

"Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər. Səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026