• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Onların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək

CƏMİYYƏT

28 Fevral 2025 | 13:12

Onların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək

Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik təklif olunub.

Qanun qəbul ediləcəyi halda 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026