• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıdakı bu ərazilərdə yaşıllıqların köçürülməsinə başlanılıb

CƏMİYYƏT

28 Fevral 2025 | 15:35

Bakıdakı bu ərazilərdə yaşıllıqların köçürülməsinə başlanılıb

Bakıda yeni avtomobil yolu ilə əlaqəli tikinti altına düşən yaşıllıqların köçürülməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi birgə məlumat yayıb. 

Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb. 

Layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış  ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb.


Bakıdakı bu ərazilərdə yaşıllıqların köçürülməsinə başlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR