• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nigeriyada bina çökdü: 3 ölü, 6 yaralı

DÜNYA

29 Yanvar 2025 | 14:46

Nigeriyada bina çökdü: 3 ölü, 6 yaralı

Nigeriyanın Laqos şəhərində iki mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.  
 

Bakıvaxtı.az bu barədə Nigeriya Fövqəladə Hallar Agentliyinə istinadla xəbər verir.

Məlumata görə, dağıntılar altında qalan 15 yaşlı bir uşaq da daxil olmaqla üç nəfərin cəsədi çıxarılıb.
 

Xilas edilən altı nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və ölü sayının artacağından narahatlıq ifadə edilib.  

Binanın çökmə səbəbi araşdırılır, axtarış-xilasetmə işləri davam edir.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026