Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bu barədə açıqlama verib.
Belə ki, saat 15:00-a qədər respublika üzrə 1 milyon 473 min 5 nəfər səs verib, seçici fəallığı 24.71 faiz olub.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə bundan sonra saat saat 17:00 və saat 19:00-da ilkin məlumatlar verəcək.
Əli Hüseynov


jpg-1740743636.webp)




jpg-1740739961.webp)




jpeg-1740733876.webp)


