Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatları Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov açıqlayıb.
Saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 50 saylı Abşeron Üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 35,40 % olub. Dairə üzrə 19 663 seçici səsvermə hüququndan istifadə edib.
Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 54 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 21,75 % olub. Dairə üzrə 10 934 seçici məntəqələrə gedərək səs verib.
Xatırladaq ki, saat 17:00-dək respublika üzrə 1 715 291 nəfər səs verib, seçici fəallığı 28,77 % olub.
***10:22
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Belə ki, ilkin məlumata görə, 118 seçki dairəsinin 5846 seçki məntəqəsində Respublika üzrə saat 10:00-a olan məlumata görə, 499 min 575 nəfər səs verib.
Bu, ümumi seçicilərin 8,38 faizini əhatə edir.
Mina Mikayılova















