• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Təyyarə qəzası ilə bağlı XİN adından yayılan məlumatların saxtadır - Ayxan Hacızadə

SİYASƏT

28 Yanvar 2025 | 17:28

Təyyarə qəzası ilə bağlı XİN adından yayılan məlumatların saxtadır - Ayxan Hacızadə

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatlar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Hacızadə APA-ya açıqlamasında həmin məlumatın saxta olduğunu bildirib.

Qeyd edək ki, həmin saxta məlumatda Ayxan Hacızadənin adından deyilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir.

Eyni zamanda, guya, Azərbaycanın yalan məlumatlara görə Rusiyadan üzr istədiyi də vurğulanıb.


SON XƏBƏRLƏR

29 Yanvar 2025