"Rusiya qaz ticarətinin davam etməsini istəyir. Məhsullarımızı satmaqda maraqlıyıq".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında çıxışı zamanı deyib.
Avropanın Rusiyaya qarşı sanksiyalarının "iki ağızlı qılınc" olduğunu ifadə edən Peskov bildirib:
"Avropalılar bu sanksiyalardan zərər görür. Biz bu sanksiyaları beynəlxalq hüququ pozan qeyri-qanuni məhdudiyyətlər olaraq hesab edirik".
Əli Hüseynov