• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

“AzərEnerji” Dünya Bankı ilə AZURE layihəsini müzakirə edib

SİYASƏT

28 Yanvar 2025 | 15:53

“AzərEnerji” Dünya Bankı ilə AZURE layihəsini müzakirə edib

“AzərEnerji” ASC və Dünya Bankı arasında “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi”ni (AZURE) müzakirə edib.

Bakıvaxtı.az “AzerEnerji”yə istinadən xəbər verir ki, bu barədə müzakirələr “AzərEnerji”nin rəhbəri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə ekoloji rəhbəri Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.

Görüşdə AZURE layihəsinin gedişatı, atılacaq növbəti addımlar, əməkdaşlığın perspektivləri barədə müzakirələr də aparılıb.

Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.


SON XƏBƏRLƏR

29 Yanvar 2025