• Bakı C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Almaniyanın gələcək kansleri Makronla görüşüb

SİYASƏT

27 Fevral 2025 | 13:00

Almaniyanın gələcək kansleri Makronla görüşüb

Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik blokundan Almaniya kanslerinə namizəd Fridrix Merz Fransa prezidenti Emmanuel Makronla görüşüb. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki , o, bu barədə "X" sosial platformasında yazıb.

Onun sözlərinə görə, danışıqlar son dərəcə dostluq şəraitində keçib və bir sıra mövzular üzrə  razılıq əldə oluub:

"Hörmətli Emmanuel Makron, dostluğunuza və Almaniya-Fransa münasibətlərinə göstərdiyiniz etimada görə çox sağ olun. Ölkələrimiz birlikdə Avropa üçün böyük nailiyyətlərə nail ola bilərlər". 

Gülşən Şərif
CDU/CSU bloku həmçinin Yelisey sarayında Merz və Makron arasında üç saatlıq söhbətdən sonra hər iki siyasətçinin “Almaniya-Fransa münasibətlərində yeni bir səhifə açmaq iradəsini nümayiş etdirdiklərini” qeyd edən bəyanat yayıb. 

agentliyi qeyd edir ki, Makron və Merz arasında söhbətin mövzularından biri Avropanın müdafiəsi ola bilərdi. Fevralın 24-də Donald Tramp Makronu Ağ Evdə qəbul edib. İki liderin söhbəti zamanı Fransa prezidenti açıq şəkildə bildirib ki, o, Aİ-nin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlarda daha fəal iştirakını zəruri hesab edir.Martın 6-da Aİ-nin fövqəladə sammitinin keçirilməsi planlaşdırılır ki, burada Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələləri, eləcə də Avropa İttifaqının müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş tədbirlər müzakirə olunacaq.


SON XƏBƏRLƏR

25 Yanvar 2026
24 Yanvar 2026