• Bakı 15° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Fransua Benedetti: Fransa humanitar yardım göstərmək əvəzinə dənizaşırı ərazilərdə hərbi baza yaradır

SİYASƏT

28 Mart 2025 | 15:59

Fransua Benedetti: Fransa humanitar yardım göstərmək əvəzinə dənizaşırı ərazilərdə hərbi baza yaradır

Fransa dənizaşırı ərazilərdə neomüstəmləkə siyasətini davam etdirir, yerli əhalinin ehtiyaclarını nəzərə almır və onların milli-dini kimliyini məhv edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Corsica Libera” partiyasının nümayəndəsi Fransua Benedetti (François Benedetti) Bakı Təşəbbüs Qrupunun "Müstəmləkəçilik: milli-dini kimliyin məhv edlməsi" mövzusunda beynəlxalq konfrans ərəfəsində bu gün təşkil etdiyi mətbuat konfransında bildirib.

Benedettinin sözlərinə görə, rəsmi Parisin Mayot adasında hərbi baza yerləşdirmək qərarı belə siyasətin parlaq nümunəsidir.

"Fransa hökuməti Mayotda hərbi baza yerləşdirib. Yerli sakinlərin təbii fəlakətlərin nəticələrindən əziyyət çəkdiyi və yardıma ehtiyac duyduğu bir vaxtda hərbi bazanın tikilməsi nə dərəcədə əsaslıdır? Bu, milli kimliyin açıq-aşkar məhv edilməsidir. Neomüstəmləkəçilik bəşəriyyətə qarşı cinayətdir. O, yerli xalqların unikal mədəni irsini məhv edir, onların təbii sərvətləri isə amansızcasına mənimsənilir", - o vurğulayıb.


SON XƏBƏRLƏR

30 Mart 2025