• Bakı 15° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Abbas Abbasov: BTQ müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləməyə davam edəcək

SİYASƏT

28 Mart 2025 | 16:13

Abbas Abbasov: BTQ müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləməyə davam edəcək

Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə ərazilərinin müstəqilliyi uğrunda mübarizə aparanlara hərtərəfli dəstək göstərməyə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun "Müstəmləkəçilik: milli-dini kimliyin silinməsi" mövzusunda beynəlxalq konfrans ərəfəsində təşkil etdiyi mətbuat konfransında BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib.

"Yeni Kaledoniyada siyasi məhbusların həbsi və saxlanılması ilə bağlı yaranmış vəziyyət digər dənizaşırı ərazilərdə də müşahidə olunur. Biz müstəqillik uğrunda mübarizə aparan hər kəsə dəstəyimizi davam etdirəcəyik. Bilirik ki, 1984-cü ildən bəri Fransa kanaklarla dialoq qurmağa çalışır, lakin bu cəhdlər hələ də konkret nəticələrə gətirib çıxarmayıb. Biz də bu prosesdə vasitəçi kimi çıxış etməyə hazırıq və Fransanı bütün dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına son qoymağa çağırırıq", - o vurğulayıb.


SON XƏBƏRLƏR

30 Mart 2025