• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO

SİYASƏT

27 Fevral 2025 | 14:54

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOBakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOBakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOBakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026