ABŞ və Polşa AGM-88G AARGM-Er radar əleyhinə raketlərinin təchizatı ilə bağlı müqavilə imzalayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Müqavilə 200-dən çox AGM-88G AARGM-ER özünüidarə edən raketin təchizatını nəzərdə tutur.
Rəsmi məlumata görə, sazişin dəyəri təxminən 745 milyon dollar təşkil edir. Yerüstü hədəflərin vurulma məsafəsi 200 km-dən çoxdur.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış razılaşmanı şərh edərək bildirib ki, müqavilə ölkəsinin Hava Qüvvələrinin potensialı baxımından böyük irəliləyişdir. Onun sözlərinə görə, AGM-88G raketlərinin alınması, Polşa pilotlarının və F-35 təyyarələrinin tam potensialından istifadə etməyə imkan verəcək.