• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp Zelenski ilə bağlı dediklərini TƏKZİB ETDİ

DÜNYA

27 Fevral 2025 | 23:47 | Müəllif: Subhan Mahmudov

Tramp Zelenski ilə bağlı dediklərini TƏKZİB ETDİ

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.

"Mən bunu demişəm? - Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın "Truth" sosial şəbəkəsindəki səhifəsindən silinməyib.

Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu "seçki keçirmək istəməyən diktator" adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026