Martın 31-də Benqal körfəzi sularında "Indra Navy-2025" Rusiya-Hindistan təlimlərinin dəniz hissəsi başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, təlimin birinci hissəsi konfrans formatında sahildə baş tutacaq.
"Gəmi komandanları qarşılıqlı fəaliyyət məsələlərini və dənizdə birgə hərəkətləri müzakirə edəcəklər. Hər iki ölkənin dənizçiləri gəmilərə qarşılıqlı səfərlər və idman tədbirləri keçirəcəklər", - məlumatda vurğulanıb.
Qeyd edək ki, martın 28-də Hindistan Hərbi Dəniz Qüvvələrinin Rana esminesinin göyərtəsində Çennai limanında Rusiya-Hindistan hərbi dəniz təliminin açılış mərasimi keçirilib.