• Bakı 17° C

    2.69 m/s

BMT-dən müsəlmanlara təbrik

DÜNYA

29 Mart 2025 | 22:58

BMT-dən müsəlmanlara təbrik

BMT Baş katibi Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib və onlara ən xoş arzularını çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, müharibə, münaqişə və ya məcburi köçkünlük səbəbindən bayramı ailələri ilə birlikdə qeyd edə bilməyən bir çox müsəlmanları da ürək ağrısı ilə xatırladığını bildirib.

“Bu bayram həmrəylik və mərhəmətin dəyərləndirilməsi üçün fürsətdir və ümid edirəm ki, bu fürsət insanları bu dəyərləri reallaşdırması üçün bir araya gətirəcək”, - deyə Baş katib əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026