• Bakı 24° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Məşhur hava limanında təyyarə yandı

DÜNYA

28 Yanvar 2025 | 19:05 | Müəllif: Subhan Mahmudov

Məşhur hava limanında təyyarə yandı

Cənubi Koreyanın Pusan şəhərinin hava limanında təyyarə yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hava limanının yanğından mühafizə departamentinə istinadla xəbər yayıb.

Hadisənin detalları açıqlanmayıb.

Qeyd edək ki, bir ay əvvəl - dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdiyi zaman uçuş zolağından çıxaraq beton hasara çırpılmış, nəticədə təyyarə yanaraq 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026