• Bakı C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Bakıda yeni dəmir yolu xətti çəkiləcək

CƏMİYYƏT

28 Yanvar 2025 | 18:46

Bakıda yeni dəmir yolu xətti çəkiləcək

Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

"Şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olmaqdadır və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulmuşdur. Burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınmışdır. Bunlar “Zabrat 2”-“Maştağa”-“Bağlar”-“Albalı”, Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcəkdir.

Növbəti mərhələdə Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, orada sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin", - deyə o bildirib.


SON XƏBƏRLƏR

29 Yanvar 2025