• Bakı 24° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Əfv komissiyasının növbəti iclası keçirilib - 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB

CƏMİYYƏT

27 Fevral 2025 | 17:09

Əfv komissiyasının növbəti iclası keçirilib - 100-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ikinci iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Rəşad Məcid qeyd edib ki, iclası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:

"İclasda 100-dən çox müraciətə baxılıb".

***

10:07

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, sayca ikinci olan iclas bu gün keçiriləcək.

Qeyd edək ki, komissiyanın ilk iclası fevralın 12-də keçirilib. Komissiya üzvləri 100-dən artıq müraciəti müzakirə ediblər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

04 Iyun 2025