Bloger Cavid Nəsrullaha "Bakı Metropoliteni"ndə yeni vəzifə verilib.
Bakıvaxtı.az xəbər verir ki, o, QSC-də Kommunikasiya departamentinin rəisinin müavini təyin olunub.
Qeyd edək ki, sözügedən departamentin rəisi aktyor Şaban İmkanidir.
QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı Pravda.az-a açıqlamasında təsdiqləyib: “Cavid Nəsrullah müavin təyin olunub. Bundan öncə o, "Azerfon" (Nar), "Gilan Holding"in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və ADY-də çalışıb”.