Astroloji proqnozlara görə, bu həftəsonu bəzi bürclər üçün uğur və yeni imkanlar vəd edir.
Bakıvaxtı.az xəbər verir ki, maddi və emosional sahədə pozitiv dəyişikliklər yaşayacaq bürclər var.
Əgər siz də bu bürclərdən birinə aidsinizsə, planlarınızı həyata keçirmək üçün ideal zamandır:
Qoçlar üçün bu həftəsonu enerjili və uğurlu keçəcək. İş və şəxsi həyatla bağlı yeni fürsətlər qapınızı döyəcək.
Şirlər üçün həftəsonu romantik anlar və xoş sürprizlər vəd edir. Maddi cəhətdən də uğurlar gözlənilir.
Oxatanlar üçün səyahət və yeni tanışlıqlar üçün əlverişli vaxtdır. Qarşınıza çıxan fürsətləri dəyərləndirməyə çalışın.
Buğalar üçün iş və maliyyə sahəsində gözlənilməz müsbət hadisələr yaşana bilər. Planlaşdırdıqları layihələri uğurla başa vurmaq şansları yüksəkdir.
Tərəzilər üçün sosial çevrələrində mühüm tanışlıqlar baş verə bilər. Yeni imkanlar sizi gözləyir, bu fürsətləri qaçırmayın.