• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş oldu

CƏMİYYƏT

28 Yanvar 2025 | 15:01

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA Rəqəmsal Həllər Platformasının məhsullarını daha 3 maliyyə qurumu inteqrasiya edib.

Bu barədə Bakıvaxtı.az-a “AzInTelecom”dan bildirilib.

SİMA ilə xidmətlərini rəqəmsallaşdıran qurumlar “MFX-Tradining Investment Company” ASC, “Krapp” MMC və “AllAll Finance” MMC olub.

Kredit, anderraytinq, portfelin idarə olunması, investisiya tədqiqatı və məsləhət xidmətləri kimi sahələrdə fəaliyyət göstərən “MFX-Trading” şirkəti rəsmi veb-saytında “SİMA İmza” vasitəsilə maliyyə əməliyyatlarında imzalama prosesini rəqəmsallaşdırıb.

“AllAll Finance” platformasında da istifadəçilərə “SİMA İmza” həlli ilə veb-sayt üzərindən lombard krediti müqaviləsini imzalamaq imkanı təqdim edilir.

“Krapp” mobil tətbiqində isə “SİMA KYC” həlli ilə istifadəçilərin identifikasiyası etibarlı və qanuni şəkildə aparılır. Mobil tətbiq vasitəsilə istifadəçilərə maliyyə xidmətləri göstərilir.

Qeyd edək ki, SİMA platformasına daxil olan həllər sayəsində bir çox fiziki proseslər etibarlı şəkildə rəqəmsallaşdırılır. “SİMA İmza” istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. “SİMA KYC” isə qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. SİMA məhsulları ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.


SON XƏBƏRLƏR

29 Yanvar 2025