• Bakı 22° C

    7.73 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

İşğaldan azad edilmiş Horovlu kəndində 5 kəhriz bərpa edilib

CƏMİYYƏT

27 Fevral 2025 | 13:56

İşğaldan azad edilmiş Horovlu kəndində 5 kəhriz bərpa edilib

İşğaldan azad edilmiş ərazilərdə kəhrizlərin bərpası üçün strategiya hazırlanmalıdır.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva işçi qrupun iclasında deyib.

"İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı yaşaması üçün kəhrizlərin bərpası vacibdir.

Buna görə də, kəhrizlərin bərpası üçün strategiya hazırlanmalı, bu işin hansı quruma tapşırılacağını müəyyənləşdirmək lazımdır".

Xüsusi nümayəndə həmçinin qeyd edib ki, işğaldan əvvəl Cəbrayılda 100-dən çox kəhriz olub. Bu kəhriz sularından içməli su və suvarma məqsədilə istifadə edilib.

"Kəhriz bizim mədəni irsimizin bir hissəsidir.

Iqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azalması fonunda alternativ su ehtiyatı olan kəhrizlərin bərpası vacibdir.

2024-ci ildə işğaldan azad edilmiş Horovlu kəndində 5 kəhriz bərpa edilib.

Ən bol sulu kəhriz "Baş kəhriz" isə hələ bərpa edilməyib".


SON XƏBƏRLƏR

07 May 2025