• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

8 Martla əlaqədar məktəb direktorlarına TAPŞIRIQ

CƏMİYYƏT

27 Fevral 2025 | 14:55

8 Martla əlaqədar məktəb direktorlarına TAPŞIRIQ

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təhsil müəssisələrinə təlimat göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, təhsil müəssisələrinin rəhbərlərinə təlimata əməl olunmasının zəruriliyi vurğulanıb, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Bakıda yerləşən orta məktəblərin rəhbərləri ilə görüş keçirilib. Qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunulub.

Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulanıb, müvafiq tövsiyələr verilib.

Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul, məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026