• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Cəbrayıl şəhəri, Soltanlı və Şükürbəyli kəndlərində yeni kəhrizlərin tikilməsi nəzərdə tutulur

CƏMİYYƏT

27 Fevral 2025 | 13:54

Cəbrayıl şəhəri, Soltanlı və Şükürbəyli kəndlərində yeni kəhrizlərin tikilməsi nəzərdə tutulur

Cəbrayıl şəhəri, Soltanlı və Şükürbəyli kəndlərində yeni kəhrizlərin tikilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2024-cü ildə Horovlu kəndində beş kəhriz bərpa edilib:

"Kəhrizlərin yenidən qurulması və bərpası önəmli məsələdir. Çünki onlar yeni su mənbələridir. Horovludakı kəhrizlər regionda bərpa olunan yeganə kəhrizlərdir. Həmin kəhrizlər bütövlükdə Horovlu kəndinin su ehtiyatını ödəyə bilər".


SON XƏBƏRLƏR

18 Aprel 2025