Bakı və Abşeronda sosial-iqtisadi və demoqrafik artımla əlaqədar ictimai nəqliyyata tələbat artıb və infrastruktur yüklənib.
Bakıvaxtı.az xəbər verir ki, Bakı və Abşeronda əhalinin artım tempi ildə 1,3%-dir.
Hazırda ölkə üzrə avtomobillərin 45%-i, yəni 780 min avtomobil Bakı və Abşeronda qeydiyyatdadır.
Paytaxtda pik saatlarda tıxaclarda orta sürət 15 km/saat, orta yolda olma vaxtı 41 dəqiqədir. Bu göstəricinin müvafiq olaraq 22 km/saat və 35 dəqiqə olması hədəflənib.
Paytaxtda ictimai nəqliyyat, piyada və mikromobillik səyahətləri ümumi səyahətlərin 50%-ni təşkil edir ki, bunun da 68%-ə çatdırılması nəzərdə tutulur. İctimai nəqliyyat dayanacaqlarının sayı isə hər 100 min sakinə görə, 88 dayanacaqdır. Bu göstəricinin də 123-ə çatdırılması hədəflənir.