• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Papuaşvili: Ümid edirəm ki, AŞPA siyasi alətə çevrilməyəcək

DÜNYA

28 Yanvar 2025 | 17:40

Papuaşvili: Ümid edirəm ki, AŞPA siyasi alətə çevrilməyəcək

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Assambleyanı siyasi alətə çevirmək cəhdlərini dəstəkləməməli və bunun Assambleyanın özünə zərər verəcəyini anlamalıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, Gürcüstan nümayəndə heyəti AŞPA-da gürcü xalqının mövqeyini aydın və birbaşa şəkildə ifadə edir.

O əlavə edib ki, AŞPA-nın mahiyyəti dialoq platformasıdır və bu platformanın müəyyən siyasi qruplar tərəfindən alətə çevrilməsi qəbuledilməzdir: "Ümid edirəm ki, AŞPA siyasi alətə çevrilməyəcək".

Parlament sədri müxalifəti və onların tərəfdarı olan “Avropa Xalq Partiyası”nı Gürcüstana qarşı fəaliyyət göstərməkdə ittiham edib.

“Müxalifət Gürcüstanın yox, xarici siyasi qrupların maraqlarını təmsil edir və ölkəmizə zərər vurmağa çalışır. Onların məqsədi Gürcüstanın Rusiya ilə gərginliyə çəkilməsidir”, - deyə Papuaşvili vurğulayıb.


SON XƏBƏRLƏR

29 Yanvar 2025