• Bakı 26° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Filippində YANĞIN -  8 ölü

DÜNYA

27 Fevral 2025 | 16:40

Filippində YANĞIN -  8 ölü

Filippinin Keson-Siti şəhərində üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Yanğından Mühafizə Bürosu (BFP) məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla 8 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yanğın səhər saat 11 radələrində başlayıb, yanğınsöndürənlər alovu 3 saatdan sonra söndürə biliblər.

Qeyd olunub ki, hadisə yerinə 24 yanğınsöndürən maşın və üç təcili tibbi yardım briqadası göndərilib.

Yanğın nəticəsində dəymiş zərərin 3,6 milyon Filippin pesosu (62 min dollar) olduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026